Suriya Hava Yolları 12 ildən sonra Ər-Riyada uçuşlara başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Suriya Hava Yollarına məxsus təyyarə bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid hava limanına eniş edib.
Məlumatda uçuşun Dəməşq və Ər-Riyad arasında müntəzəm reyslərə çevrilməsinin siqnalı olduğu bildirilib.
Qeyd edək ki, 2011-ci ildə Suriyada ixtişaşlar başlayandan sonra Səudiyyə Ərəbistanı ilə Suriya hökuməti arasında diplomatik əlaqələr kəsilmiş və 2012-ci ilin martından etibarən iki ölkə qarşılıqlı uçuşları dayandırmışdı.
Zərifə Nağıyeva