Növbəti iki ay Ukraynada keçiriləcək xüsusi əməliyyatlar ən dramatik həddə olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.
O, bu fikri Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqı ölkələrinin liderləri üçün Rusiya və Çinə səfərlərinin yekunlarına dair iki hesabatda bildirib.
Orban qeyd edib ki, Ukraynada növbəti iki ay həmişəkindən daha dramatik olacaq. Bundan əlavə, macar nazir vurğulayıb ki, onun danışıqları əsasında atəşkəs və sülh danışıqları üçün yol xəritəsi ilə bağlı bütün mümkün təkliflər müsbət qarşılanacaq.
Ağarza Elçinoğlu