ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya siyasi məsləhətləşmələr üçün iyulun 10-da Gürcüstana, daha sonra isə Ermənistana səfər edəcək.
"Unikal" Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, U.Zeya Tbilisi və İrəvanda keçirilən görüşlərdə demokratik hakimiyyət və cəmiyyət, korrupsiyaya qarşı mübarizə, mətbuat və söz azadlığı məsələlərini müzakirə edəcək.
Diplomat Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” (xarici agentlər haqqında) qanunla bağlı ABŞ-ın ciddi narahatlığını diqqətə çatdıracaq.
ABŞ rəsmisi İrəvanda ABŞ-Ermənistan tərəfdaşlığının möhkəmləndirilməsinin, Ermənistanın Avropaya inteqrasiyasının perspektivlərini müzakirə edəcək.
U.Zeyanın səfəri iyulun 17-də başa çatacaq.
Siyasi analitiklərin fikirlərinə görə, ABŞ-ın Gürcüstanla münasibətlərə yenidən baxmaq təklifindən sonra Dövlət katibinin müavinin Tbilisiyə səfəri təsadüfi deyil.