ABŞ 2026-cı ildən Almaniyada hazırda Avropanın hər hansı bir yerində yerləşdirilən silahlardan daha uzun mənzilli yeni silahlar yerləşdirməyə başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ və Almaniyanın birgə yazılı bəyanatında deyilir.
Məlumatda 2026-cı ildən başlayaraq Almaniyadakı bölmələrin SM-6 (çoxməqsədli raketlər), Tomahawk (kruiz raketləri) və hazırda Avropada yerləşdirilənlərdən əhəmiyyətli dərəcədə daha geniş diapazona malik eksperimental hipersəs sürətinə malik raketlərdən ibarət yeni silahlarla təmin edəcəyi bildirilir.
Məlumatda həmçinin bu silahlandırmanın gələcəkdə də davam etridiləcəyi bildirilir.