BMT Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin məhsuldar olacağına ümid edir.
"Unikal" xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Vaşinqtonda Antoni Blinkenin vasitəçiliyi ilə Ceyhun Bayramov və Ararat Mirzoyan arasında aparılan danışıqları şərh edərkən deyib.
“Biz həqiqətən ümid edirik ki, normallaşma prosesi öz bəhrəsini verəcək. Mən əminəm ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşması və ikitərəfli məsələlərin həlli təkcə bu ölkələrə deyil, həm də bütün regiona son dərəcə müsbət təsir göstərəcək”, - deyə Düjarrik bildirib.