Vaşinqtonda NATO sammiti çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken Almaniyanın xarici işlər naziri Analena Berbok ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. 

Məlumata görə, Blinken və Burbok Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması istiqamətində əldə olunan irəliləyişi müzakirə ediblər və sazişin mümkün qədər tez başa çatdırılmasının vacibliyini vurğulayıblar.

Tərəflər həmçinin Ukraynaya dəstək, Qəzza zolağında atəşkəsin təmin edilməsi, Çinin yaratdığı problemlər, o cümlədən Çinin Rusiyanın hərbi-sənaye bazasına dəstəyini müzakirə ediblər.

Ağarza Elçinoğlu