Pentaqonun Almaniyada uzaqmənzilli raketlər yerləşdirmək planları ilə əlaqədar Rusiya təhlükəyə hərbi cavab tədbirləri hazırlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə onuncu BRİKS Parlament Forumu çərçivəsində jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov qeyd edib ki, Pentaqonun Almaniyada uzaqmənzilli raketlər yerləşdirmək planları Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyır: "Bu hərəkətlər, ilk növbədə, ölkəmizin təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyır".
O, həmçinin Pentaqonun Almaniyada uzaqmənzilli raketlərin yerləşdirilməsi planlarını eskalasiya halqalarından biri kimi adlandırıb.
Ağarza Elçinoğlu