Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Eyni zamanda, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 4 vəkilə xəbərdarlıq olunub, 2 vəkilin fəaliyyəti isə dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi ilə bağlı qərarlar qəbul edilib.