İyulun 9-11-də Vaşinqtonda keçirilən NATO sammitinin yekun bəyanatında Türkiyənin 2026-cı ildə NATO sammitinə ev sahibliyi edəcəyi bildirilir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Sənəddə həmçinin NATO-nun növbəti iclasının Hollandiyada baş tutacağı qeyd olunub.
"Amerika Birləşmiş Ştatlarının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarıq və 2025-ci ilin iyununda Hollandiyanın Haaqa şəhərində, daha sonra isə Türkiyədə keçiriləcək növbəti sammitimizi səbirsizliklə gözləyirik", - deyə məlumatda bildirilir.
Ağarza Elçinoğlu