Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda Rəyasət Heyəti tərəfindən Kollegiya Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədovun Baş katibin müavini (Aparat rəhbərinin müavini) təyin edilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda Aparatda yeni Qəbul şöbəsi yaradılıb. Qərara əsasən, həmin şöbəyə isə Rahilə Ağaquliyeva təyin edilib.