Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken Nyu-Yorkda görüşməyəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Lavrov və Blinken arasında BMT tədbirləri zamanı görüş təşkil etməyi xahiş etməyib: "Xeyr, əlbəttə ki, bunun heç bir aidiyyəti yoxdur. Bu da bizə aydındır, görünür, biz uzun müddət heç bir dəyişiklik olmadan bu reallıqda qalacağıq".
Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Lavrovun iyulun 16 və 17-də BMT Təhlükəsizlik Şurasında çoxtərəfli əməkdaşlıq və Yaxın Şərq problemi üzrə debatlarda iştirak edəcəyini açıqlamışdı .
Ağarza Elçinoğlu