Macarıstanın baş naziri Viktor Orban Vaşinqtonda keçirilən NATO sammitindən sonra Floridaya gedərək orada ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, bu səfər Orbanın Rusiya prezidenti Vladimir Putin və Tramp arasında vasitəçilik etməsi ilə bağlı qorxuları artıra bilər. Görüşün iyulun 11-də Donald Trampın Mar-a-Laqo malikanəsində keçirilməsi planlaşdırılır.

Ağarza Elçinoğlu