Əgər İran maraqlı olarsa, Moskva Tehranı Ukrayna ətrafında vəziyyətin nizamlanmasında vasitəçi kimi nəzərdən keçirməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Rusiyalı diplomat Valday Diskussiya Klubunun iclasında çıxışı zamanı deyib: "Hələlik biz iranlı dostlarımızdan belə siqnallar almamışıq, lakin İran hazırda təxminən iyirmi ölkənin həyata keçirdiyi vasitəçilik səylərinə qoşulmaqda maraqlı olarsa, biz bunu nəzərdən keçirməyə hazırıq".
Ağarza Elçinoğlu