"Ermənistan ərazisinin bir millimetri də heç bir qonşu ölkəyə verilməyib".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentin növbədənkənar sessiyasında deyib.
O, “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryanın çıxışına cavab verərkən bildirib ki, bu məsələ müzakirə edilmir və müzakirə oluna bilməz.
Onun sözlərinə görə, Kirantsda bir ev, bir tövlə və bir anbar olub və bunun üçün sakinlərə razılaşma yolu ilə kompensasiya verilib: "Ümid edirəm ki, qonşu dövlətlə demarkasiya və delimitasiya prosesini yekunlaşdırıb başa çatdıracağıq. Ümid edirəm ki, bu, uğurlu olacaq və biz iki böyük fəlakətə - müharibəyə səbəb olan onilliklər boyu davam edən mübahisəyə son qoyacağıq".
Ağarza Elçinoğlu