Amerikalı iş adamı İlon Mask "SpaceX" işçilərindən Marsda bir şəhər planı hazırlamağı tələb etmədiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Belə ki, sahibkar "The New York Times" qəzetindəki məqalələrdən birinə münasibət bildirib. Nəşrin yazdığına görə, Mask "SpaceX" işçilərinə Marsda şəhər tikmək planı hazırlamağı və planetin daha da insanlarla məskunlaşması variantlarını öyrənməyi tapşırıb.
""SpaceX"-də heç kim Mars şəhərində işləmək üçün təyin olunmayıb. İnsanlar bunu soruşanda qeyd etdim ki, ilk növbədə diqqətimizi bu planetə yönəltməliyik", - deyə o qeyd edib.