Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;

3. Tbilisi prospekti, hər iki istiqamətdə;

4. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;

5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Gülarə Qədirbəyova küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

8. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

9. "20 Yanvar" dairəsində;

10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

11. Mikayıl Useynov prospekti, Dövlət Bayrağı Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

12. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq müşahidə olunur.