Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində silahlar aşkarlanıb.
Bu barədə "Unikal"a Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsində çimərlik ərazidə Nəsirov Fərid Babaəli oğluna məxsus 24 ədəd tüstü bombası, 11 ədəd 5,45 mm və 22 ədəd 7,62 mm avtomat gülləsi, 1 ədəd süngü bıçaq, 1 ədəd fişəng tapançası aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.