Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirova vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, müəllim keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Qeyd edək ki, Sədaqət Nəsirova müəllimlərin sertifikasiya imtahanında mümkün 60 baldan 54 bal toplayıb.