Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 13-də saat 06:00-dan iyulun 14-də saat 22:00-dək Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Unikal"a bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 3, 29, 31, 53, 77, 96, 205 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Abbasqulu Abbaszadə küçəsi, Hüseyn Cavid prospekti, Bəxtiyar Vahabzadə küçəsi, Məmməd Rəhim küçəsi, Ayna Sultanova küçəsi ilə təşkil ediləcək.
*** 15:20
Sabah səhər saat 06:00-dan 14 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində və Mikayıl Müşfiq küçəsində (M.Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, M.Müşfiq dairəsi də daxil olmaqla Parlament prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin sürücülərə etdiyi müraciətdə bildirilib.
Qeyd olunub ki, kənar dairəvi yoldan mərkəzə hərəkət edən sürücülər M.Müşviq küçəsindən İzzət Nəbiyev küçəsinə keçməklə Parlament prospektinə, şəhərin mərkəzindən Badamdar istiqamətinə hərəkət edən sürücülər Mehdi Hüseyn, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrindən keçməklə, eləcə də Abbas Mirzə Şərifzadə küçəsindən Kənar dairəvi yol və Badamdar istiqamətinə hərəkət edən sürücülər isə Yasamal qəbristanlığı ərazisindən keçməklə çıxa bilərlər.