Pentaqonun rəhbəri Lloyd Ostin Rusiya müdafiə naziri Andrey Belousov ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, söhbət zamanı Ostin kommunikasiya kanallarının açıq saxlanmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, iki ölkənin hərbi idarələrinin rəhbərləri arasında əvvəlki söhbət iyunun sonunda olub.