Sankt-Peterburqda avtomat silahlarla silahlanmış şəxslər arasında silahlı qarşıdurma baş verib.

"Unikal" xəbər verir ki, şəhərin Komendantski prospektində silahlı şəxslər arasında atışma və qışqırıq səsləri eşidilib.

Sakinlərin dediklərinə görə qara paltarlı və kamuflyajlı, tapança və avtomat silahlarla silahlanmış şəxslər bir-birlərinə, eləcə də havaya atəş açıb, sonra qaçıblar.