ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniyada mitinqdə baş verən sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
"Unikal" xəbər verir ki, bu barədə “The New York Post” yazır.
Materialda qeyd olunur ki, hadisədən cəmi bir neçə saat sonra keçmiş dövlət başçısı Nyu-Cersi ştatının Nyuark Liberti hava limanına gəlib.
Eyni zamanda, siyasətçinin kommunikasiyalar üzrə rəis müavini Marqot Martin sosial şəbəkələrdə Ağ Evin keçmiş rəhbərinin şəxsi təyyarəsinin enişindən müstəqil şəkildə endiyi videonu dərc edib.
Onu avtomat silahlı mühafizəçilər müşayiət edib
“Güclü və möhkəm. O, ABŞ üçün mübarizəni heç vaxt dayandırmayacaq", - deyə Martin yazıb.