"Tramp artıq qalib gəlib".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.
O, ABŞ-nin keçmiş prezidenti, builki seçkilərdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdinə toxunub: "O, artıq qalib gəlib, əgər öldürülməyibsə".
Qeyd edək ki, bəzi respublikaçılar hesab edir ki, baş verənlər seçicilərin keçmiş prezidentə dəstəyini gücləndirəcək və bu, noyabr seçkilərində öz bəhrəsini verəcək.
Xatırladaq ki, ABŞ-nin Pensilvaniya ştatında tərəfdarları ilə keçirilən aksiyada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd edilib. Sui-qəsd cəhdindən sonra Tramp xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur.
FTB-nin məlumatına görə, atəş açan 20 yaşlı Tomas Metyu Kruks zərərsizləşdirilib. Onun bu addımının səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Ağarza Elçinoğlu