Bakının 8 noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinə qədər) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Unikal" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq.

"Bununla əlaqədar abonentlərdən üzr istəyirik", - deyə qurum bəyan edib.