Ermənistan Baş Prokurorluğunun binasında vətəndaş özünü yandırmağa cəhd edib.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ev dustağı olan şəxs prokurorla görüşmək istəsə də, buna icazə verilməyib.
Şöbə vətəndaşın ev dustaqlığında olduğunu və ötən şənbə günü onun işi ilə bağlı prokurorla görüşməyə çalışdığını bildirib.
“Polis qeyri-iş günündə belə bir görüşün mümkün olmadığını izah edib və onu ifadə verməyə çağırıb, lakin vətəndaş polisin sözlərinə məhəl qoymayıb və özünü yandırmaq üçün üzərinə benzin töküb. Yanğının qarşısı alınıb", - deyə prokurorluğun məlumatında deyilir.