Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə müsbət yanaşır, lakin o, yalnız beynəlxalq hüququn prinsiplərinə əməl olunduğu halda belə bir addım atmağa razıdır.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd seçicilərlə söhbəti zamanı deyib.
“Heç kimin qonşuları ilə problem istəməməsi təbiidir, lakin Suriya Türkiyə ilə görüşməyə və müəyyən qaydalara uyğun olaraq onunla əlaqələri yaxşılaşdırmağa hazırdır. Söhbət beynəlxalq hüququn prinsiplərinə əməl olunmasından gedir. Bunu ona görə edirik ki, Suriya-Türkiyə münasibətlərinin normallaşması istiqamətində davam edən səylərin uğurlu olmasını azulayırıq”, - deyə Əsəd bildirib.