ABŞ Məxfi Xidməti Pensilvaniya ştatında mitinqdə sui-qəsd cəhdindən sonra keçmiş prezident Donald Trampın mühafizəsini seçki kampaniyasının sonuna qədər artırıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun direktoru Kim Çitl açıqlama verib.
"İyun ayında keçmiş prezident Trampın təhlükəsizlik təkmilləşdirmələrinə əlavə olaraq, kampaniyanın sonuna qədər onun davamlı müdafiəsini təmin etmək üçün şənbə günündən başlayaraq təhlükəsizlik detallarında dəyişikliklər etdik", - deyə Çitl bildirib.