Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 16-17-də BMT Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində iclasına qatılmaq üçün Nyu-Yorka səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Lavrov bu gün çoxtərəfli əməkdaşlığa dair açıq debatda iştirak edəcək. Çərşənbə günü isə rusiyalı nazir Fələstin məsələsi də daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq nazirlər debatına sədrlik edəcək.
Rusiya diplomatik departamentinin məlumatına görə, nazirin səfər proqramı hazırlanır; bir sıra ölkələr ikitərəfli görüşlərin keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Ağarza Elçinoğlu