"ABŞ Ermənistanı Azərbaycanla Naxçıvan arasında dəhliz yaratmağa məcbur edir".
"Unikal" xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan deyib.
O, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin Ermənistanla Azərbaycan arasında razılaşmanın mümkün olması, lakin bunun üçün hər iki tərəfdən çətin seçimlər və kompromislər edəcəyi barədə bəyanatını şərh edib: "ABŞ Ermənistanı Azərbaycanla Naxçıvan arasında dəhliz yaratmağa məcbur edir. Niyə Qarabağın qalan hissəsi Ermənistan hökuməti tərəfindən təhvil verildi, çünki onlar Meğri dəhlizini Rusiyanın nəzarətinə verməyəcəklərini söylədilər, razılaşmadılar və buna görə Laçın dəhlizi bağlandı.
Onun sözlərinə görə, sülh müqaviləsi imzalansa belə, sülh olmayacaq: "6 ölkə - üç Qafqaz ölkəsi və İran, Rusiya və Türkiyə Cənubi Qafqazın gələcəyi ilə bağlı müəyyən ortaq razılığa gəlsələr və Qərb buna qarışmasa, sülh ola bilər. Bu, yeganə variantdır".
Ağarza Elçinoğlu