ABŞ-nin keçmiş lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə münasibətlərini müsbət qiymətləndirib. 

"Unikal" xəbər verir ki, Ağ Evin keçmiş rəhbəri bu barədə "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"Putinlə çox yaxşı anlaşdıq, yaxşı münasibətimiz var idi", - deyə o qeyd edib. 

O, Çin prezidenti Si Cinpin haqqında da danışıb. Amerikalı siyasətçinin sözlərinə görə, COVID-19 pandemiyasından əvvəl Çin lideri onun üçün çox yaxşı dost olub.

Ukrayna böhranından da danışan siyasətçi bildirib ki, 2020-ci il seçkilərində yenidən seçilsəydi, bunun qarşısını almaq olardı. Bundan əlavə, o əlavə edib ki, anti-Rusiya sanksiyalarının tərəfdarı deyil.

Ağarza Elçinoğlu