Polşa Belarusla sərhədi qorumaq üçün “Təhlükəsiz Podlasie” adlı yeni xüsusi əməliyyat keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.
"Avqustun 1-dən etibarən yeni missiya olacaq, iki əməliyyat - təlim və sərhəd mühafizəsi tamamlanacaq", - nazir qeyd edib.
Onun sözlərinə görə, “Təhlükəsiz Podlasie” adlı yeni xüsusi əməliyyatda 17 minə qədər hərbçi iştirak edəcək. Eyni zamanda, o, qeyd edib ki, Varşava lazım gələrsə, sərhəd zonasına əlavə qüvvə və resurslar göndərməyə hazırdır.
Ağarza Elçinoğlu