İyulun 17-də Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Rubinyan həmsöhbətini İranda keçirilən növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib. O, İranla əməkdaşlığı, o cümlədən parlamentlərarası formatda əməkdaşlığı yüksək qiymətləndirib.
Görüş zamanı Ermənistan-İran ikitərəfli gündəliyi, regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ağarza Elçinoğlu