Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın yerinə çexiyalı Maqdalena Qrononun təyin ediləcəyi bildirilir.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Siyasi və Təhlükəsizlik Məsələləri üzrə Komitə indicə Çex Respublikasından olan Maqdalena Qrononu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi vəzifəsinə təsdiq edib. Namizədlik rəsmi olaraq Aİ Şurası tərəfindən təsdiqlənəcək", - məlumatda deyilir.
2017-ci ildə Toivo Klaar Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi təyin edilib.
Ağarza Elçinoğlu