Yunanıstanda Afinanın tarixi Akropolu həddindən artıq istilər səbəbindən bir müddət ziyarətçilərə bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyi açıqlama verib.
Bildirilib ki, ölkədə hökm sürən həddindən artıq istilər səbəbilə paytaxt Afinadakı tarixi Akropolun bu gün saat 12.00-17.00 arasında ziyarətçilərə bağlanacağı barədə qərar verilib.
Yunanıstanda həftə sonuna qədər davam edəcəyi gözlənilən səhra istiləri səbəbindən temperaturun 43 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Son on gündə təsirli olan səhra istiləri səbəbiylə işçilərin və ictimaiyyətin qorunması üçün həftə sonuna qədər qüvvədə olacaq tədbirlərin görülməsi qərara alınıb.
Zərifə Nağıyeva