Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko Vladimir Putinə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi işdən çıxarmağı təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə Kremlə yaxın olan "Kremlevskaya tabakerka" Teleqram kanalı yazır.
Teleqram kanalının məlumatına görə, Rusiyanın keçmiş prezidentinə ağır xəstəlik diaqnozu qoyulduğu iddia edilir və Kiriyenko “Medvedevə sağlamlığını yaxşılaşdırmaq və istirahət etmək imkanı verməyi” təklif edib. İddialara görə, Putin Medvedevlə şəxsən danışacağına söz verib, eyni zamanda onun yerinə namizədlərin təqdim olunmasını istəyib.
“Bir çox insan Dmitri Anatolyeviçin ümumiyyətlə nə etdiyini başa düşmür. Düşünmürəm ki, onun getməsi nəyisə kökündən dəyişəcək”, - Təhlükəsizlik Şurasının işindən xəbərdar olan mənbə bildirib. Onun sözlərinə görə, əvvəllər Nikolay Patruşev bu orqanı çox bacarıqlı mexanizmə çevirib və Medvedev kimi insanlar inkişafa töhfə vermir.