Beyləqanda tanışlar arasında silahlı insident yaşanıb.
"Unikal" xəbər verir ki, hadisə Məşədi Əzizbəyov küçəsində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Axundov Samir Ənvər oğlu tanışı 1981-ci il təvəllüdlü Cuvarlı Yusif Taryel oğlu ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun yaşadığı evin qarşısına gələrək ona silahla bir dəfə atəş açaraq xəsarət yetirib.
Samir Axundov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Beyləqan RPŞ-nin İB-də CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.