SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri PAŞA Holdinqin tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramını uğurla başa vurublar.
"Unikal" xəbər verir ki, biznesin idarə edilməsi ixtisasının III kurs tələbələri Həmid Həşimzadə və İlahə Hacıyeva, eləcə də Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbələri Fidan Quliyeva və Nərmin Mamedova proqrama müraciət etmiş 2100-dən çox tələbə arasından seçilib, 110 tələbə arasında öz adlarını yazdırmağı bacarıblar.
“Əlaçı” proqramı tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır. Tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər, eləcə də “PAŞA Holding”, “PAŞA Sığorta” və “PAŞA Technology” şirkətlərindən olan mütəxəssislərlə görüşlər təşkil olunub.