ABŞ prezidenti Baydenin yarışdan geri çəkilməli olduğunu düşünənlər arasında yaxın vaxtlara qədər xeyriyyə tədbirlərində iştirak edən keçmiş prezident Barak Obamanın da olduğu iddia edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Barak Obamanın noyabrın 5-də keçiriləcək prezident seçkilərində hazırkı prezident Co Baydenin qalib gəlmə ehtimalının az olduğunu və namizədliyinin davamlılığını gözdən keçirməli olduğunu şərh etdiyi iddia edilib.
Qeyd edək ki, yaxın vaxtlarda sui-qəsd cəhdindən sonra Donald Tramp anketlərdə liderliyini artırıb.
Zərifə Nağıyeva