Rusiyanın Yakutiya bölgəsində Robinson helikopteri yoxa çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. 

Qeyd olunub ki, pilot da daxil olmaqla 4 nəfərin olduğu helikopterin yeri məlum deyil.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. 

Ağarza Elçinoğlu