Şimali Koreya lideri Kim Çen In Pxenyanda Rusiya hərbi nümayəndə heyətini qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Görüşdə o, Moskvaya davamlı güclü dəstəyi elan edib və hər iki ölkənin ordusunu sülhü qorumaq üçün daha sıx birləşməyə çağırıb: "İki ölkənin orduları regional və qlobal sülhün və beynəlxalq ədalətin qorunmasında mühüm rol oynamaq üçün daha sıx birləşməlidir".
Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko ilə söhbətində Şimali Koreya lideri ordunun dövlətin suveren hüquqlarını və təhlükəsizliyini qoruduğunu vurğulayıb.
Ağarza Elçinoğlu