Dünyada informasiya sistemlərində qlobal texniki nasazlıqlar səbəbindən hava limanlarında, banklarda, qeydiyyat və rezervasiya proseslərində və digər sahələrdə problemlər yaranıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin ən əhəmiyyətli televiziya kanallarından biri olan "Sky News" yayımlarında problem yaşayır, Berlin, Sidney hava limanlarında uçuşlar dayandırılıb, İspaniyanın bütün hava limanlarında texniki çətinliklər mövcuddur. Amerikanın üç böyük aviaşirkəti "United", "Delta" və "American Airlines" da uçuşları dayandırıb.

London birjasında da sövdələşmələrdə problemlərin olduğu açıqlanıb.

Həmçinin, Avstraliyada hökumət baş verən texniki nasazlıqlar səbəbilə fövqəladə iclas keçirmək qərarına gəlib.

Zərifə Nağıyeva