Ərəb aviaşirkəti olan "Air Arabia" Ermənistana qarşı arbitraj prosesinə başlamaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Buna səbəb isə Şarjadan uçuşlar həyata keçirməyi dayandıran “Air Arabia” aviaşirkətinə bağlı “International Business Company (FZE)” olan Ermənistanın “Fly Arna” aviaşirkətidir.
Qeyd olunub ki, “Fly Arna” kimi tanınan “Ermənistan Milli Hava Yolları” QSC yanvarın 16-dan uçuşlar həyata keçirmir. Bu aviaşirkət erməni-ərəb əməkdaşlığı nəticəsində yaradılıb. Onun 49%-i dövlət fondu olan və hazırda ləğvetmə mərhələsində olan “Ermənistan Dövlət Maraqları Fondu” QSC-yə (ANİF) məxsus olub. 49%-i “Air Arabia” aviaşirkətinə məxsus olub. Qalan 2 faizin sahibi Hələbdə doğulmuş, Birləşmiş Ərəb Əmirlikləri, Livan və Yaxın Şərqin digər ölkələrinin biznes sektorlarında çalışan Ermənistan vətəndaşı Varuzan Nergizyandır.
Üstəlik, cari ilin mart ayında aviaşirkət öz işçilərinə fəaliyyətini dayandırması barədə xəbərdarlıq edib, bu səbəbdən may ayında onların əmək müqavilələrinə xitam verilib. Aviaşirkətin sonuncu təyyarəsi fevralın 26-da İrəvandan Şarjaya uçub, sonra o, Ermənistan təyyarələrinin reyestrindən çıxarılıb.
Ağarza Elçinoğlu