İtaliyanın “Milan” komandası İspaniya millisinin futbolçusu Alvaro Moratanı heyətinə cəlb edib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 31 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb.

Alvaro Morata son olaraq İspaniyanın “Atletiko” (Madrid) komandasında çıxış edib. O, daha əvvəl İtaliyada “Yuventus”un formasını geyinib.