İyulun 17-də Ermənistana "Rosselxoznadzor"dan aprel-iyun aylarında Rusiyaya ixrac edilən meyvə-tərəvəzin daşınmasında pozuntular barədə məktub daxil olub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, nəticədə iyulun 15-dən etibarən 16 erməni şirkətinin məhsullarının Rusiya bazarına tədarükü müvəqqəti olaraq dayandırılıb.
Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi problemi aradan qaldırmaq üçün dərhal "Rosselxoznadzor" ilə danışıqlara başlayıb.