Xalq artisti, iş adamı Emin Ağalarov "Sea Breeze"də drenaj vasitəsilə Xəzər dənizə çirkab axıdılması iddialarına cavab verib. 

"Unikal" xəbər verir ki, Emin dənizə çirkab axıdılmadığını, əksinə suyun təmizlənərək böyük yaxtaların sahilə yaxınlaşması üçün dərinlik yaradıldığını deyib. 

Ağalarov drenajdan axıdılan suyun altına girərək onun təmiz olduğunu bildirib. 

"Bu səhər internetdə məkan ərazisində bir boru vasitəsilə dənizə nəyinsə atıldığını göstərən videoya rast gəldim. Drenaj maşını necə işləyir? O, birbaşa dənizdən su və qum vurur və müvafiq olaraq, böyük yaxtaların girə bilməsi üçün üç metr dərinliyə nail olmaq lazımdır.

Qumdan başqa gah gil, gah qumun qəhvəyi, gah da qara rənginə rast gəlirsən. Amma bu, bizim dənizdən dənizə köçürdüyümüz sudur. Burada heç bir qoxu yoxdur, bizim Xəzər dənizimiz burada tamamilə təmizdir. Biz sadəcə onunla işləyirik".