Çinin Şansi əyalətində magistral yol üzərindəki körpünün uçması nəticəsində 11 nəfər ölüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Şanluo şəhərində baş verib. Hadisə nəticəsində bir neçə avtomobil Cinçien çayına düşüb. Körpünün uçması nəticəsində 30-dan çox adam itkin düşüb.  Axtarış-xilasetmə işləri davam edir.