ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki kampaniyası çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək istəyəcək.

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa deyib.

O, Ukrayna liderinin amerikalı siyasətçi ilə danışıqlar aparmaq planlarını şərh edib:

“Düşünürəm ki, belə bir görüş, təbii ki, baş tutacaq. Tramp ilk növbədə buna can atacaq, ona görə ki, bu, onun üçün sərfəlidir, bu, seçki kampaniyasının gedişidir, o, qısa zamanda atəşkəsə nail olacağını bəyan edir, ona görə də bu cür bəyanatlara haqq qazandırmaq üçün müəyyən addımlar atmalıdır. Əminəm ki, o, təkcə bu istiqamətdə addımlar atmayacaq”, - deyə deputat bildirib.