Haitinin şimalındakı Cap Haiten liman şəhərindən Kaykos adalarına doğru gedən qayıqda miqrantın şam yandırması fəlakətə səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin vudu sehrli ritualı zamanı baş verdiyi güman edilir. Nəticədə qayıq alovlanıb.
Beynəlxalq Miqrasiya Təşkilatından verilən açıqlamada, təbii fəlakətdə 40 immiqrantın həyatını itirdiyi, bəzilərinin ağır olmaqla çox sayda insanın yaralandığı bildirilib.