Krasnodarın meri Yevgeni Naumov elektrik kəsilməsinə etiraz edən sakinlərə onu dirəyə zəncirləməyi təklif edib.
"Unikal" xəbər verir ki, onun müraciətinin videosu Rusiya teleqram kanallarında yayımlanıb.
Mer etiraz əlaməti olaraq yolu bağlayan insanların yanına gələrək, işıqlar yandırılmayana qədər getməyəcəyini bildirib. O, özünün dirəyə qandallanmasına da icazə verib.
Naumov 2022-ci il noyabrın 9-dan Krasnodarın meri vəzifəsini icra edir.
İyulun 20-də Krasnodarda elektrik enerjisinin kəsilməsi səbəbindən suyun verilməsi dayandırılıb. Administrasiya aydınlaşdırıb ki, hazırda mütəxəssislər fövqəladə vəziyyətin səbəblərini aradan qaldırır. Təmir işləri başa çatdıqdan sonra istehlakçıların su təchizatı tam bərpa olunacaq.