Partlayış ölkənin cənubunda Ermənistan Müdafiə Nazirliyinin poliqonu yaxınlığında baş verib, nəticədə bir nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Mətbuatda və sosial şəbəkələrdə bu sərlövhə ilə məlumatlar yayılır: "Ermənistan Müdafiə Nazirliyinə məxsus Kəpan şəhərindəki poliqonda partlayış baş verib. Ölən şəxs var”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir. Onlar hadisənin poliqonda deyil, qonşu ərazidə baş verdiyini vurğulayıblar.
Mətbuat xidməti mülki vətəndaşın həlak olduğunu qeyd edib.